

Yaponiyada 2022-ci ildən bəri ilk dəfə ölüm hökmü yerinə yetirilib.
Bu barədə yerli KİV məlumat yayıb.
Bu, həm də Baş nazir Sigeru İsibanın rəhbərlik etdiyi hökumətdə ədliyyə naziri tərəfindən imzalanan ilk edam əmri olub.
Qeyd edək ki, Yaponiyada ölüm hökmü dar ağacında asılma yolu ilə icra olunur.