“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Azərbaycanın bəzi rayonlarında güclü külək əsir, qar yağır - FAKTİKİ HAVA
“Suriya Demokratik Qüvvələri”nə qarşı yeni əməliyyat fevralda keçirilə bilər
Netanyahu və Rubio ABŞ-ın İranda mümkün müdaxiləsi mövzusunu müzakirə ediblər
Qalibaf: Vaşinqton hərbi hücuma keçərsə, İsrail və ABŞ ordusu qanuni hədəf olacaq
26 İyun 2025 20:31
3 045
İranın xarici işlər naziri Abbas Erakçi Avropa ölkələrinə çağırış edərək, İsrailin təcavüzkar siyasətlərinə qarşı məsuliyyətli və ədalətli mövqe tutmalarını tələb edib.
Xalqcebhesi.az İranın rəsmi xəbər agentliyi IRNA-a istinadən xəbər verir ki, Erakçi Polşanın xarici işlər naziri Radoslaw Sikorski ilə telefon danışığı aparıb.
Erakçi, İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumların Avropa ölkələri tərəfindən açıq şəkildə qınanmamasını tənqid edərək belə deyib:
"Avropa ölkələri, İsrailin bölgədə davam edən təcavüzkar hərəkətlərinə qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməlidir."
O, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə qarşı hücumlarının, Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi (NPT), BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qərarlarının açıq şəkildə pozulması olduğunu bildirib.
Erakçi əlavə edib ki, bu qanunsuz və cinayət xarakterli hərəkətlərə görə yalnız ABŞ və İsrail deyil, həmçinin bu addımları dəstəkləyən digər ölkələr də məsuliyyət daşıyacaq.
Məryəm Quliyeva