Kreml: Yeni Rusiya–Ukrayna danışıqları mübadilə sonrası olacaq Dünya

Kreml: Yeni Rusiya–Ukrayna danışıqları mübadilə sonrası olacaq

Kreml sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiya və Ukrayna arasında keçiriləcək üçüncü raund danışıqların tarixi yalnız iki ölkə arasındakı mübadilə prosesi tamamlandıqdan sonra müəyyənləşdiriləcək.

Xalqcebhesi.az xəbər verir ki, Peskov Moskva şəhərində jurnalistlərə verdiyi açıqlamada gündəmdəki məsələləri dəyərləndirib. O, Ukrayna məsələsi ilə İran-İsrail qarşıdurmasının müqayisə edilə bilməyəcəyini vurğulayaraq, “İsrailin İrana qarşı hücumları tamamilə əsassız idi. Xüsusi hərbi əməliyyatın başlanma səbəbləri isə hər kəsə məlumdur,” – deyə bildirib.

Peskov qeyd edib ki, Rusiya və Ukrayna İstanbulda keçirilən ikinci raund danışıqlarda əldə edilən razılaşmaları icra edir və “üzərində razılaşdırılmış bütün prosedurlar tamamlandıqdan sonra üçüncü raundun tarixi müəyyənləşdiriləcək,” – deyə əlavə edib.

O, NATO ölkələrinin hərbi xərcləri ÜDM-in 5%-i səviyyəsinə çatdırmaq hədəfi ilə bağlı qərarına da toxunaraq bildirib: “Bu, Rusiyadan uydurma bir təhdid yaradaraq vergi ödəyicilərindən daha çox pul almaq və Ukraynaya silah axınını davam etdirmək üçün istifadə olunan bir üsuldur.”

Peskov, ABŞ-ın Ukrayna ilə bağlı danışıqlar prosesinə töhfə vermək istiqamətində səylərini davam etdirməsini istədiklərini də qeyd edib.

Məryəm Quliyeva