

Hörmüz boğazında hərəkət edən kommersiya gəmiləri hücum təhlükəsindən yayınmaq üçün kütləvi şəkildə öz mənsubiyyətləri barədə yalan məlumatlar yaymağa başlayıblar.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, İran və İsrail arasında gərginliyin artdığı dövrdə 55 gəmi ümumilikdə 101 qeyri-adi siqnal göndərib.
Bəzi hallarda bu siqnallarda "Rusiya nefti" və ya "Çin mülkiyyəti" kimi ifadələr qeyd olunub.
Agentliyin mənbələri bildiriblər ki, gəmi sahibləri ABŞ, Böyük Britaniya və ya İsraillə əlaqəli gəmilərin hələ də potensial hücum hədəfi ola biləcəyindən ehtiyat edirlər.