

21 İyul 17:51
Rusiya ilə danışıqlar zamanı Ukrayna yeni məhbus mübadiləsinin hazırlanmasını müzakirə etməyi planlaşdırır.
“Report”un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.
“Görüşün gündəliyi bizə aydındır - məhbusların qaytarılması, Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılması və liderlərin görüşünün hazırlanması”, - o yazıb və danışıqlarda daha böyük dinamikaya ehtiyac olduğunu vurğulayıb.
Xatırladaq ki, iyulun 19-da Zelenski Ukraynanın müdafiə naziri Rustem Umerovun Rusiyaya gələn həftə danışıqların üçüncü raundunun keçirilməsini təklif etdiyini açıqlamışdı.
TASS-dakı mənbə bildirib ki, danışıqların yeni raundu iyulun 24-25-də İstanbulda keçirilə bilər.