"Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ABŞ-ın səhvini etiraf etməlidir" Dünya

"Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ABŞ-ın səhvini etiraf etməlidir"

ABŞ prezidenti Donald Tramp həmvətənlərinə Vaşinqtonun Kiyevi dəstəkləməsinin səhv olduğunu deməli və Ukraynadakı münaqişəyə son qoyulmasının siyasi xərclərini qəbul etməlidir.

Bu fikri TASS-ın müxbiri ilə söhbətində Fudan Universitetində olmuş Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.

"Tramp yəqin ki, müharibəni dayandırmaq istərdi, lakin onun başa çatması üçün aydın şərtləri qəbul etmək istəmir. Məsələn, Tramp təkcə Rusiya və Ukraynaya deyil, Amerika xalqına deməlidir: “NATO genişlənməyəcək, bu, səhv idi, bu, təxribat idi, biz onu daha dəstəkləməyəcəyik”, - ekspert qeyd edib.
İctimaiyyət qarşısında Tramp sülhün siyasi xərclərini öz üzərinə götürmək istəmir." Münaqişənin dayandırılması həm də sanksiyalar və tariflər siyasətini irəli sürən amerikalı senatorların hərəkətləri ilə çətinləşir, Saks əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın əslində səhv etdiyini həmvətənlərinə başa salmaq Ağ Evin sakininin borcudur. "Bu, çox çətindir, lakin Tramp bu cür işlərdə kifayət qədər bacarıqlıdır, çünki o, yalnız deməlidir: "44-cü prezident Barak Obama səhv etdi, 46-cı prezident Co Bayden səhv etdi, mən heç vaxt səhv etmirəm və indi onların səhvlərini düzəldəcəm", - professor hesab edir.

Cavid