Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, memorandum imzalanıb - YENİLƏNİB Hadisə

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, memorandum imzalanıb - YENİLƏNİB

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.

Bu barədə Xalqcebhesi.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından “IDEF 2025” sərgisinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.

***

19:26

Türkiyə milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ikitərəfli görüş keçirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə MN-dən bildirilib.

Görüş İstanbulda keçirilən “İDEF 2025” müdafiə sənayesi sərgisi çərçivəsində baş tutub.

Görüşdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev də iştirak edib.

Görüşün yekununda “Qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, memorandum imzalanıb - YENİLƏNİB Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, memorandum imzalanıb - YENİLƏNİB Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, memorandum imzalanıb - YENİLƏNİB