

22 İyul 17:05
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Musson yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 242-yə yüksəlib.
APA xəbər verir ki, Pakistan ərazisində iyunun sonunda başlayan və hazırda davam edən musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub.
Son 24 saat ərzində daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 21 nəfərin daha həlak olduğu bildirilir. Hadisələr nəticəsində yaralananların sayı isə 600-ə çatıb.
Yağışlardan ən çox Pəncab əyalətinin zərər gördüyü, bölgədə ölənlər arasında 40 qadın və 104 uşağın olduğu bildirilir. Pəncabda ümumilikdə 135 nəfər həlak olub, 470 nəfər isə yaralanıb.
Musson yağışlarının başlamasından bu yana 804 evin zərər gördüyü bildirilir.
***
11:03
Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 221 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həlak olanlardan 104 nəfəri qadın və uşaqlardır.
Daşqınlar nəticəsində 500-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Təbii fəlakətdən ən çox təsirlənən bölgə Pəncab vilayəti hesab olunur. Bununla yanaşı, Bəlucistan, Kəşmir, Gilgit-Baltistan və Hayber Paxtunxva əyalətləri də ciddi ziyan görüb.
Qeyd edək ki, Pakistanda təxminən bir aydır davam edən musson yağışları daşqınlara səbəb olmaqda davam edir.