

22 İyul 17:05
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Sabunçu rayonun “Yeni Ramanı” qaz xətti üzərində quraşdırılmış tənzimləyicinin, Nəsimi rayonunun H.Əliyev və C. Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən yeraltı orta təzyiqli siyirtmənin əvəz olunması məqsədilə iyulun 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Ramanı Südçülük Sovxozunun, Elşən Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının bir hissəsinin, Ramanı qəsəbəsinin, Yeni Ramanı, D. Bünyadzadə, Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində isə Deputatski küçəsinin bir hissəsinin, Ramanı 2-ci sahə Şuşa qaçqın şəhərciyinin, Ramanı qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V. Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin, həmçinin Nəsimi rayonu üzrə isə C. Məmmədquluzadə, H.Əliyev, A.Əliyev, S.Rəhman, C. Səlimov, A. Salamzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.