NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib
Milli Məclisin komissiyası CNN-i iddialarını sübut edəcək faktları təqdim etməyə çağırıb
Azad edilmiş ərazilərdə 10 mindən artıq sakinin məşğulluğu təmin edilib
22 İyul 2025 18:47
4 074
Şuşa şəhərində Vaqif Poeziya Günləri keçirilir.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, tədbirin açılışı Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında olub.
Açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, akademik Nizami Cəfərov, rəsmilər çıxış ediblər.
Tədbirdə həmçinin tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Vaqif Poeziya Günlərinin bağlanış mərasimi sabah Şuşa şəhərində keçiriləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Qazaxda olub, tədbir iyulun 15-də Gəncədə və iyulun 16-da Ağdamda davam etdirilib.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin açılış mərasimi keçirilib. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərinin bu istiqamətdə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.
