

22 İyul 17:05
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
22 iyul tarixində Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının üzvləri, həmçinin bir sıra media rəhbərləri Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüb.
APA xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulub, dərin minnətdarlıq hissi ilə böyük mütəfəkkirin əziz xatirəsi yad edilib.
Eyni zamanda, Zəfər abidəsinin önünə əklil və tər güllər qoyulub, Vətən müharibəsində canlarını fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.