Xankəndidə yanğın törədən şəxs həbs edilib Hadisə

Xankəndidə yanğın törədən şəxs həbs edilib

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılovun yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40 kvadratmetr sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.