31 Oktyabr 15:21
31 Oktyabr 15:11
7 Sentyabr 2025 21:34
3 241
Azərbaycan stolüstü tennisçiləri Türkdilli Dövlətlərin Universiadasında gümüş medala layiq görülüblər.
"Report"una məlumatına görə, stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında gümüş medal qazanıb.
Komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayılova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub.
Qeyd edək ki, sayca üçüncü olan Universiadaya sentyabrın 9-da yekun vurulacaq.
31 Oktyabr 16:56
1 386
31 Oktyabr 15:21
1 386
31 Oktyabr 14:33
1 449