
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyənin Ayvalık bölgəsində qaçaq miqrantları daşıyan qayığın Sahil Mühafizə qayığına çırpılması nəticəsində 5 nəfər həyatını itirib.
APA xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Türkiyənin Balıkesir Valiliyinin açıqlamasına görə, hadisə qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Sahil Mühafizə Komandanlığı tərəfindən həyata keçirilən əməliyyat zamanı baş verib. Belə ki, əməliyyat zamanı 1 nəfər miqrant qaçaqmalçılığı təşkilatçısı ilə birlikdə 34 qanunsuz miqrantı daşıyan yüksək sürətli fiber gövdəli qayıq Ayvalık rayonunun Badavut sahilində Sahil Mühafizə qayığına çırpılıb.
Ərazidə aparılan axtarış-xilasetmə işləri nəticəsində dənizə düşən miqrantlardan 5 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralı halda xəstəxanaya aparıldığı müəyyən olunub. İtkin olduğu güman edilən bir miqrantın axtarışları davam edir.
Hadisə ilə bağlı Ayvalık Respublika Prokurorluğu tərəfindən araşdırma aparılır.