

6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Səudiyyə Ərəbistanı Suriyanın paytaxtı Dəməşqdə dağıntıların təmizlənməsi və bərpa işlərinə kömək məqsədilə yeni layihə elan edib.
APA xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.
Məlumata görə, bu addım krallığın Suriyada yeni hakimiyyətlə əlaqələrini dərinləşdirir.
Dövlət tərəfindən dəstəklənən Kral Salman Humanitar Yardım və Xilasetmə Mərkəzi bazar günü açıqlayıb ki, layihə çərçivəsində paytaxt və ətraf ərazilərdə təxminən 75 min kubmetr dağıntının təmizlənməsinə yardım ediləcək.
Mərkəzin rəhbəri Abdullah əl-Rabiiə Dəməşqdə keçirilən tədbirdə bildirib ki, təşkilat “Suriya xalqı üçün bir sıra humanitar layihələrin açılışını həyata keçirməkdən şərəf duyur”. Bu layihələr səhiyyə, ərzaq təhlükəsizliyi və təhsil sahələrini də əhatə edir.
Yardım paketi həmçinin Hələb, İdlib və Homsda 34 məktəbin bərpasına, onlarla çörəkbişirmə sexinin yenidən qurulmasına, eləcə də Dəməşqdə kanalizasiya və su infrastrukturunun bərpasına dəstək verəcək.
Suriyanın Fövqəladə Halların İdarə Olunması naziri Raed əl-Saleh X sosial şəbəkəsində paylaşımında bildirib ki, iki ölkə arasında imzalanmış razılaşmalar “Suriyada humanitar fəaliyyətlər və bərpa işlərini gücləndirəcək, ölkələrimiz arasında humanitar və qardaşlıq münasibətlərinin möhkəmliyini təsdiqləyəcək”.
Qeyd edək ki, 2024-cü ilin sonunda 13 illik vətəndaş müharibəsindən sonra keçmiş prezident Bəşər Əsədin hökuməti süqut etdikdən bəri Səudiyyə Ərəbistanı, Qatar və digər Körfəz ölkələri Suriyaya iqtisadi dəstək göstərir.