
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Yəməndən göndərilən PUA İsrailin Eylat şəhəri yaxınlığında hava limanının yanında düşüb.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirib ki, pilotsuz uçuş aparatı (PUA) İsrailin cənubunda, Eylat şəhəri yaxınlığında yerləşən Ramon hava limanı ərazisində düşüb.
Qeyd edilir ki, PUA Yəməndən buraxılıb. Hərbçilərin məlumatına görə, hava hücumu sirenləri işə düşməyib və hadisə ilə bağlı araşdırma aparılır. Dağıntıların miqyası barədə məlumat açıqlanmayıb.
Günün gedişində Eylat hava limanında yalnız Təl-Əviv və Hayfa ilə daxili uçuşların həyata keçirilməsi planlaşdırılırdı.
Onu da qüyd üdək ki, “Ənsar Allah” hərəkatına məxsus husilər Yəmənin bir hissəsinə nəzarət edir və mütəmadi olaraq İsrail istiqamətində PUA-lar və ballistik raketlər buraxırlar. Bundan əvvəl İsrail ordusu Yəmən ərazisindən göndərilən üç PUA-nı məhv etdiyini açıqlamışdı.