

6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İsrail bazar günü bir daha HAMAS-a təslim olmaq çağırışı edib.
APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, bu, yüz minlərlə fələstinlinin sığınacaq axtardığı Qəzzanın ən böyük şəhər mərkəzinə qarşı hərbi zərbələrin davam etdiyi vaxt baş verib.
Xarici işlər naziri Gideon Saar Qüdsdə jurnalistlərə bildirib ki, əgər HAMAS Qəzzada saxladığı girovları azad etsə və silahı yerə qoysa, müharibə dərhal bitə bilər.
“Biz bu məqsədə siyasi yolla nail olmağa çox məmnun olarıq”, – o deyib.
Buna cavab olaraq, HAMAS-ın yüksək vəzifəli rəsmisi Basem Naim “Reuters“ə bildirib ki, təşkilat silahı yerə qoymayacaq, lakin İsrail müharibəni dayandırıb qüvvələrini Qəzzadan çıxararsa, bütün girovları azad etməyə hazırdır. Bu, fələstinli qrupun uzun müddətdir mövqeyidir.
İsrail ordusundan agentliyə bildirilib ki, İsrail qüvvələri “Qəzza zolağında terror təşkilatlarına qarşı əməliyyatları davam etdirəcək və İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldıracaq”.