

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, açıq sahədə taxta tullantılarının yandığı müəyyən edilib.
Yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 500 kv.m. sahədə taxta tullantıları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.