

11 Sentyabr 15:57
11 Sentyabr 15:48
11 Sentyabr 12:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Sentyabrın 12-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.
"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən "Report"un yerli bürosuna verilən məlumata görə, 110 kV-luq hava elektrik verilişi xəttinin çəkilişi ilə əlaqədar 35 kV-luq Parağaçay hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.
Bu səbəbdən 09:30-dan 10:30-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Qeyd olunur ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçirilir.