

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ dövlət katibi Marko Rubio macar həmkarı Peter Siyartonu əmin edib ki, Donald Tramp administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini davam etdirəcək.
"Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbukda yayımlanan videomüraciətində deyib.
Onun sözlərinə görə, Rubio telefon danışıqları zamanı ABŞ administrasiyasının Mərkəzi Avropada sülh axtarmaq niyyətini açıqlayıb.
"Həmkarım Marko Rubio məni əmin etdi ki, Donald Tramp təslim olmayacaq. Tramp mütləq Mərkəzi Avropada sülhü bərqərar etmək istəyir", - Siyarto bildirib.
Macarıstanlı nazir qeyd edib ki, Budapeşt Trampın sülh təşəbbüslərini dəstəkləyir.