

9 Oktyabr 19:07
9 Oktyabr 18:44
9 Oktyabr 18:37
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Hakan Fidan: İslam dünyasının daha çox müstəqil düşünməyə ehtiyacı var
ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib
İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib.
Zəfər parkına gələn BƏƏ nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.
HHQ-nin Mərkəzi Komanda Məntəqəsində təşkil edilən rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və BƏƏ HHQ komandanları arasında görüş keçirilib.
Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı həyata keçirilən tədbirlərə dair geniş fikir mübadiləsi aparıb, yeni perspektivlər, həmçinin maraq doğuran digər məsələləri müzakirə ediblər.
Daha sonra BƏƏ nümayəndə heyətinə müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin əsas fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim olunub.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.