

9 Oktyabr 19:07
9 Oktyabr 18:44
9 Oktyabr 18:37
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Hakan Fidan: İslam dünyasının daha çox müstəqil düşünməyə ehtiyacı var
ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib
İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik
Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya istintaqa çağırılıb.
APA-nın yerli bürosu xəbər verir ki, o, sabah saat 13:00-da Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) dəvət olunub.
DİN əlavə məlumat vermədən keçmiş nazirin cinayət işlərindən biri ilə bağlı çağırıldığını bildirib.
İddialara görə, B. Axalayanın Ukraynadan Gürcüstana heksogen partlayıcı maddəsinin gətirilməsində əli ola bilər.
Qeyd edək ki, B. Axalaya 2009-2012-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutub. O, 2012-ci ilin noyabrında vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə həbs olunub və 2022-ci ilin martında azadlığa buraxılıb