Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir Dünya

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

Fələstinin HƏMAS silahlı qruplaşması Qəzza zolağında ABŞ-ın vasitəçiliyi ilə bu yaxınlarda imzalanmış atəşkəs razılaşmasına uyğun olaraq silahlarını dondurmağa, lakin onları təhvil verməməyə razılaşıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Misirin Dövlət İnformasiya Xidmətinin rəhbəri Diəa Raşvan Al Arabiya kanalına məlumat verib.

Raşvan izah edib ki, silahların dondurulması, İsrailə təqdim edilən atəşkəs təklifinin bir hissəsidir və bu təklifin müddəti 5 ilə 10 il arasında olacaq.

O, həmçinin bildirib ki, HƏMAS-ın silahları nə İsrailə, nə də "hər hansı qeyri-ərəb qurumuna" təhvil veriləcək. Sazişdə silahların kim tərəfindən idarə ediləcəyi dəqiq göstərilməyib, amma müstəqil bir komitənin bu işi görməsi ehtimalı qeyd olunub. Bu komitə Misir, Misir-Ərəb və ya Misir-Ərəb-Fələstin birliyi ola bilər.

ABŞ Prezidenti Donald Trampın Qəzza üçün təklif etdiyi plana əsasən, Qəzzanın silahsızlaşdırılması müstəqil müşahidəçilərin nəzarəti altında həyata keçiriləcək.

Məryəm Quliyeva