

9 Oktyabr 19:07
9 Oktyabr 18:44
9 Oktyabr 18:37
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Hakan Fidan: İslam dünyasının daha çox müstəqil düşünməyə ehtiyacı var
ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib
İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türkdilli ölkələr arasında əməkdaşlığın yeni mərhələsinə keçidi təmin edən mühüm hadisə kimi qiymətləndirilir.
Bunu, Millət vəkili Tənzilə Rüstəmxanlı xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri və ardıcıl fəaliyyəti Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə və əməkdaşlığın strateji səviyyəyə yüksəlməsinə ciddi töhfə verib:
"Prezidentin liderliyi ilə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafında fəal mövqe nümayiş etdirərək ortaq dəyərlərin və siyasi-iqtisadi inteqrasiyanın dərinləşməsində aparıcı rol oynayır. Prezident İlham Əliyevin çıxışı yalnız nitq deyil, Türk birliyinin gələcək konsepsiyasını və geosiyasi xəritəsini təqdim edən manifest idi. Dövlət başçısının “Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biridir” fikri həm milli qürur, həm də strateji məsuliyyəti əks etdirir".
Tənzilə Rüstəmxanlı qeyd edib ki, təşkilatın beynəlxalq nüfuzu artmaqla, siyasi çəkisi və təsir imkanları da genişlənir. Azərbaycan tərəfindən Katibliyə köçürülmüş 2 milyon ABŞ dolları məbləğində ianə isə ölkəmizin bu birliyə sarsılmaz dəstəyinin göstəricisidir.Daxili sabitlik, geostrateji mövqe, təbii sərvətlər, gənc əhali və güclənən hərbi potensial Türk dünyasının qlobal güc kimi formalaşmasını təmin edən əsas amillərdir. “Artıq rəsmi Zirvələrlə yanaşı, qeyri-rəsmi görüşlər də ənənə halını alıb. Şuşa və Budapeşt toplantıları Türk birliyinin möhkəmlənməsində mühüm mərhələlərdir.
Azərbaycan 2020-ci il Vətən müharibəsində qazandığı Zəfər və 2023-cü il antiterror tədbirləri ilə həm ərazi bütövlüyünü bərpa etdiyini, həm də regional sabitliyə töhfə verdiyini vurğulayıb. Azərbaycan-Ermənistan sülh sazişi isə Cənubi Qafqazda əməkdaşlıq mühitini daha da möhkəmləndirəcək.
Sonda deputat bildirib ki, bu Zirvə Türk dünyasının yeni inkişaf mərhələsinin başlanğıcıdır. Qəbul edilən qərarlar təkcə siyasi və iqtisadi deyil, həm də mənəvi birliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin çıxışı bu birliyin strateji vizyonunu bir daha ortaya qoydu: sülh, təhlükəsizlik, inkişaf və qardaşlıq üzərində qurulan güclü Türk dünyası artıq qlobal siyasətin ayrılmaz hissəsidir.
Günel Elxan