“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
9 Oktyabr 2025 15:07
4 914
2025-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı kimdir?
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub.
APA “Nobelprize.org”a istinadən xəbər verir ki, Laszlo Krasznahorkai sözügedən sahə üzrə 2025-ci ilin laureatı elan edilib.
O bu mükafata niyə layiq görülüb?
Bu mükafat ona apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə verilib.
2024-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına kim layiq görülmüşdü?
Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatına 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang layiq görülüb.
Ədəbiyyat üzrə ilk Nobel kimə təqdim edilib?
Ədəbiyyat üzrə ilk “Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.
Nobelin tarixçəsi barədə
Xatırladaq ki, ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.
10:56
1 365
2 İyun 20:00
9 611
1 İyun 18:57
2 310