

ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib
İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik
NATO-nun Avropadakı mühüm hərbi bazalarının birinin üzərində dron uçuşu qeydə alınıb
"Biz bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan futbolçuları Ukrayna ilə son ev oyununda qazandıqları nəticə (1:1) sayəsində milli ruha malikdirlər. Onların itirəcəyi heç nə yoxdur. Meydanda bütün güclərini ortaya qoyacaqlar".
Apasport.az xəbər verir ki, bu sözləri futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.O, hədəflərinin qələbə qazanmaq olduğunu vurğulayıb: "Meydana "100 faiz qələbə qazanacağıq" düşüncəsi ilə çıxmamalıyıq. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdi. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Üstəlik, rəqibin heyətində Çempionlar Liqasında uğurlu start götürən "Qarabağ"ın 7 futbolçusu yer alıb. Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik. Çünki meydanda hər şey əleyhimizə dəyişə bilər".
Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.