

Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru işdən azad edilib.
Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.
Qeyd edilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, direktor Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Xatırladaq ki, bir neçə ay öncə sosial şəbəkələrdə 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya aid səs yazısı yayılmışdı. Direktor səs yazısında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur etmişdi.