11:22
532
Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Fakt araşdırılır.