Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir Hadisə

Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

İnternet informasiya ehtiyatında yerləşdirilməsinə yol verilməməli olan qadağan edilən informasiyaların dairəsi genişləndirilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən yeni - 13-2.3.6-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız İfadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yerləşdirilməsinə yol verməməlidir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.