16:38
455.jpg)
ABŞ vitse-prezidenti Cey Di Vens Trampdan narazı olan respublikaçılardan ibarət yeni alyans yaratmaq istəyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"Vitse-prezident Cey Di Vens Trampdan narazı olan seçicilərlə yeni alyans yaratmağa çalışır", - deyə məqalədə iddia olunur.
Nəşrin məlumatına görə, Amerika vitse-prezidentinin bu planı qarşıdan gələn 2028-ci il prezident seçkiləri ilə bağlıdır. Qeyd olunur ki, Vens Konqresə keçirilən aralıq seçkilərində respublikaçıların ağır məğlubiyyətindən sonra təşəbbüsü öz əlinə almaq qərarına gəlib. Məqalədə vurğulanır ki, o, xarici siyasət və İsraillə münasibətlər məsələlərində Trampla fikir ayrılıqlarına malikdir.
Məryəm Quliyeva