5 Noyabr 15:52
1 092
Hörmüz boğazının şərq hissəsində üzmə qaydalarını pozan tankerin dəniz minasına çırpılması nəticəsində gəmidə yanğın baş verib və nəqliyyat vasitəsi hərəkətini dayandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Ordusu Hərbi Dəniz Qüvvələrinin (HDQ) mətbuat xidməti məlumat yayıb.
İran hərbi rəsmiləri bildirirlər ki, təhlükəli zonadan keçən gəminin identifikasiya və naviqasiya sistemləri söndürülüb. HDQ gəmi sahiblərinə növbəti dəfə xəbərdarlıq edərək, təyin olunmuş tələblərə əməl etməyən və əvvəlcədən razılaşdırma olmadan ərazidən keçməyə cəhd edən gəmilər üçün Hörmüz boğazının təhlükəli və bağlı olduğunu vurğulayıb.
Məryəm Quliyeva