15:32
1 036
Britaniyalı həkim Konqo Demokratik Respublikasında (KDR) ebola virusuna yoluxub və o, Böyük Britaniyaya təxliyə olunur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Bundibugyo" virusunun növü tərəfindən törədilən Ebola qızdırmasının alovlanması 2026-cı ilin may ayında Kongo Demokratik Respublikasında elan edilmişdi.
Məlumata görə, bu, yeni qızdırma dalğası başlayandan bəri Böyük Britaniya vətəndaşının yoluxması ilə bağlı qeydə alınan ilk haldır. Tibb işçisi ebola virusu ilə mübarizəyə kömək etmək üçün humanitar təşkilat tərəfindən KDR-ə göndərilmişdi. Yoluxmadan sonra onun vəziyyəti sabit qiymətləndirilir. Onun Böyük Britaniyaya təxliyə edilərək xüsusilə təhlükəli infeksion xəstəliklərin müalicəsi şöbəsinə yerləşdirilməsi planlaşdırılır.
Məryəm Quliyeva