16:25
693
ABŞ lideri Donald Tramp ölkədəki aralıq seçkilərindən sonra Ukrayna münaqişəsinə daha tez son qoymaq məqsədilə Kiyevə təzyiqi artıra bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri Britaniyanın "The Telegraph" qəzetinin köşə yazarı bildirib.
Məqalə müəllifi qeyd edir ki, avropalı liderlərin vaxtaşırı ona təsir etməsinə baxmayaraq, Tramp sülhə gedən ən qısa yolun Ukraynanı güzəştlərə məcbur etmək və Vaşinqtonun Moskva ilə münasibətlərini normallaşdırmaq olduğu qənaətindədir.
Lakin məqalədə vurğulanır ki, seçkilərin nəticəsində Konqresdə (Senat və Nümayəndələr Palatası) üstünlük Demokratlar Partiyasına keçərsə, Trampın fəaliyyət azadlığı məhdudlaşacaq. Çünki Rusiyaya qarşı tətbiq edilən ən sərt sanksiyaların ləğvi yalnız Konqresin səlahiyyətindədir. Bundan əlavə, Avropa ölkələri Ukraynaya hərbi və maliyyə dəstəyi verməklə rəsmi Kiyevi Vaşinqtonun təzyiqlərindən qorumaqda davam edir.
Məryəm Quliyeva