Nazir: Azərbaycandan idxal sayəsində Ermənistanda benzinin qiyməti çox da artmayıb
Hikmət Hacıyev: Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyə start verildi
15:26
721
Polis İstanbulda mərkəzi Taksim meydanına daxil olmağa çalışan, icazəsiz 1 May aksiyalarının təxminən 350 iştirakçısını saxlayıb. Onlara qarşı, o cümlədən gözyaşardıcı qazdan istifadə edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Halk TV" telekanalı məlumat yayıb.
Türkiyə Daxili İşlər Nazirliyi və İstanbul Təhlükəsizlik İdarəsi hələlik saxlanılanlarla bağlı rəsmi rəqəmləri açıqlamayıb.
İstanbul hakimiyyəti uzun illərdir ki, 1 may tarixində Taksim meydanında kütləvi aksiyaların keçirilməsinə icazə vermir. Həmkarlar ittifaqlarının manifestasiyaları üçün şəhərin Asiya və Avropa hissələrində yerləşən iki rayonda xüsusi yerlər ayrılıb.
Səhər saatlarından etibarən İstanbulda nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib; Taksim meydanının və turistik İstiqlal küçəsinin yerləşdiyi mərkəzi Bəyoğlu rayonu, həmçinin Beşiktaş bələdiyyəsi bağlanıb.
1 May nümayişləri Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən Ankarada da keçirilir və bununla əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Məryəm Quliyeva