Ticarət nümayəndələri dövlət qulluqçusu sayılacaq Hadisə

Ticarət nümayəndələri dövlət qulluqçusu sayılacaq

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərində fəaliyyət göstərən şəxslərə dövlət qulluqçusu statusu verilir.
Bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilir.
Qanuna təklif edilən dəyişikliklər ölkəmizin xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin statusunu müəyyən edəcək.
Bu şəxslərin dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun dövlət qulluqçularına aid edilən digər təminatlarla bağlı müddəaları Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə də şamil ediləcək.