TANAP kəməri ilə indiyədək 100 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql olunub
Gürcü spiker: Azərbaycan-Ermənistan sülh prosesi bölgə üçün əməkdaşlıq perspektivləri yaradır
Elm və təhsil naziri dərs vaxtı mobil telefon qadağasının məqsədini açıqlayıb
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
8 May 12:19
2 828
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 5600 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.
Bu barədə APA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 1900 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 3700 nəfər üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.
"Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.
Hazırda peşə kurslarının təşkilində 186 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.
Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir", - məlumatda qeyd olunub.