Safi Arpaquş: Türk dövlətləri dini sahədə koordinasiyanı gücləndirməlidir
Əhməd əl-Şaraa: İsrailin məqsədi Suriyanın ərazi bütövlüyünü pozmaq və xaos yaratmaqdır
TANAP kəməri ilə indiyədək 100 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql olunub
Gürcü spiker: Azərbaycan-Ermənistan sülh prosesi bölgə üçün əməkdaşlıq perspektivləri yaradır
11:25
644
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında əməkdaşlıq aparılmasını mühüm hesab edir.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
O, Bakı və İrəvan arasında sülh prosesində baş verən irəliləyişlərdən məmnunluq ifadə edib və bu prosesin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə əhəmiyyətli olduğunu vurğulayıb:
“Azərbaycan kontekstində, mövcud qanunvericiliyin müasirləşdirilməsi istiqamətində davam edən səyləri görmək bizi sevindirir. Bu, bütün dövlətlər üçün vacibdir, çünki münaqişələrdən və genişmiqyaslı itkin düşmə hallarından sonra adətən dövlətlərin bu problemi həll etmək üçün kifayət qədər uyğun qanunvericiliyi olmur.
Hazırladığımız hesabat və Azərbaycanın dəvəti ilə apardığımız qiymətləndirmə göstərir ki, bu sahədə irəliləyişə açıq ehtiyac var. Əməkdaşlıq baxımından ikinci çox vacib istiqamət İtkin Düşmüş Şəxslər üzrə Dövlət Komissiyası ilə itkin düşmüş şəxslərin ailələri arasındakı əməkdaşlıqdır. Məncə, bu, əməkdaşlığın ən mühüm sahəsidir.
Bildiyimiz kimi, beynəlxalq hüquqa əsasən dövlətlər təkcə itkin düşmüş şəxslərin taleyini araşdırmaq və onların yerini müəyyən etmək öhdəliyi daşımırlar. Onlar, eyni zamanda, itkin düşmüş şəxslərin ailələrinin insan hüquqlarını da təmin etməyə borcludurlar. Bu ailələr isə silahlı münaqişələrdən sonra adətən əsasən qadınlar və uşaqlardan ibarət olur.
Bu hüquqlara həqiqəti bilmək hüququ, ədalət hüququ və kompensasiya almaq hüququ daxildir. Buna görə də itkin düşmüş şəxslərin ailələrinin öz hüquqlarını təmin edə bilməsi və axtarış və müəyyənləşdirmə prosesində fəal iştirak etməsi çox vacibdir”.
O, Azərbaycanın sülh sahəsində atdığı addımları yüksək qiymətləndirib və dayanıqlı sülh sazişinin imzalanmasınln çox vacib olduğunu qeyd edib.
12:14
399
11:40
588
11:28
644