21 Avqust 13:24
21 Avqust 12:17
21 Avqust 11:44
11:03
385
Tayvanın şimal-şərq sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Tayvanın Mərkəzi Meteorologiya Administrasiyası məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İlan şəhərindən təxminən 41,7 kilometr cənub-şərqdə, dənizdə yerləşib. Yeraltı təkanların ocağı 27,8 kilometr dərinlikdə olub.
Zəlzələnin ən güclü təsiri İlan və Hualyan ərazilərində qeydə alınıb. Yeraltı təkanlar, həmçinin Taypey, Yeni Taypey, Taoyuan, Tayçun və digər şəhərlərdə hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
21 Avqust 21:19
826
21 Avqust 19:24
854
21 Avqust 17:57
973