Naxçıvanda "Chevrolet" iki motosikletlə toqquşub, 3 nəfər xəsarət alıb Hadisə

Naxçıvanda "Chevrolet" iki motosikletlə toqquşub, 3 nəfər xəsarət alıb

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə Şəkərabad kəndinə gedən yolda qeydə alınıb.

Belə ki, "Chevrolet" markalı avtomobil dönmə hərəkəti zamanı 2 motosikletlə toqquşub.

Qəza zamanı 2005-ci il təvəllüdlü Kamil Ümmətov, 1993-cü il təvəllüdlü İmran Əliyev və 2004-cü il təvəllüdlü Rəhim Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.