NATO Avropadakı ABŞ bazalarını müdafiə etməyə hazırdır Dünya

NATO Avropadakı ABŞ bazalarını müdafiə etməyə hazırdır

NATO Tehrana yaxın anonim mənbələrin "Financial Times" qəzetinə verdiyi açıqlamalardan sonra - ABŞ ilə razılaşma əldə olunmayacağı təqdirdə İrandan gələ biləcək hipotetik zərbələrə qarşı Avropadakı Amerika hərbi bazalarını müdafiə etməyə hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

​"NATO nümayəndəsi İrandan Avropadakı ABŞ hədəflərinə qarşı ehtimal olunan hücumlarla bağlı bildirib ki, alyans istənilən təhdidə cavab verməyə hazırdır və bütün üzv ölkələri qorumaq üçün mümkün olan hər şeyi edəcək", - deyə bildirib.

Məryəm Quliyeva