14:45
749
Andraş Baka Macarıstan prezidenti vəzifəsinin icrasına başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baş nazir Peter Madyar "X" sosial şəbəkəsində bildirib.
"Bu gündən, 19 avqust 2026-cı il tarixindən etibarən Andraş Baka Macarıstanın prezidentidir. Cənab prezidentə fəaliyyətində böyük uğurlar, möhkəm cansağlığı və mümkün qədər çox hümanizm arzulayıram", - deyə hökumət başçısı yazıb.
Andraş Baka avqustun 11-də parlament tərəfindən alternativsiz əsasda seçilib. Macarıstan prezidenti postu iyul ayında, Baş nazir Viktor Orbanın sağçı koalisiyasının təklifi ilə 2024-cü ildə bu vəzifəni tutmuş Tamaş Şuyokun kənarlaşdırılmasından sonra boş qalmışdı. Şuyok yeni baş nazir Medyar tərəfindən təklif edilən konstitusiya dəyişikliyinin qəbul olunması nəticəsində vəzifəsindən azad edilmişdi. Macarıstan prezidenti əsasən təmsilçilik funksiyalarını yerinə yetirir, əsas hakimiyyət isə baş nazirin rəhbərlik etdiyi hökumətin əlində cəmləşib.
Məryəm Quliyeva