15:12
371.jpg)
İngiltərənin “Arsenal” klubu İtaliya təmsilçisi “Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldızı transfer etmək istəyir.
Bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb.
London klubu hücum xəttini gücləndirmək üçün 21 yaşlı vingerə 100 milyon avro təklif etməyə hazırlaşır. “Arsenal”ın baş məşqçisi Mikel Artetanın da Kenan Yıldızın transferində şəxsən maraqlı olduğu və onu komandanın hücum xətti üçün ideal futbolçu hesab etdiyi bildirilir.
İtaliyanın “Yuventus” klubu isə Türkiyə millisinin üzvünü satmaq niyyətində deyil. Turin təmsilçisinin hətta yüksək məbləğli təklif qarşılığında belə mövqeyini dəyişmək istəmədiyi qeyd olunur.
Transfer 100 milyon avroya baş tutacağı halda, Kenan Yıldız tarixin ən bahalı türkiyəli futbolçusu olacaq.
Qeyd edək ki, Kenan Yıldız 2025/26 mövsümündə “Yuventus”un heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.
14:12
448
12:18
462
18 Avqust 22:01
714