Şabranda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb Hadisə

Şabranda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Şabranda həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın Şimal bürosunun məlumatına görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 60 yaşlı Sahib İbrahimov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli bitkilər aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.