11:36
252
"COP29 və onun yaratdığı təsir nəticəsində iqlimlə bağlı çoxsaylı konkret fəaliyyət istiqamətləri müəyyən edilib. Buna görə də qarşıdakı beş il ərzində bunları həyata keçirməyi səbirsizliklə gözləyirik".
APA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenko Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransında panel sessiyadakı çıxışında deyib.
“Bakıda belə bir iqlim toplantısının keçirilməsi fantastikdir. Bunun Birləşmiş Millətlər Təşkilatı üçün çox mühüm olduğunu düşünürəm. Biz bütün iştirakçı tərəflərlə əməkdaşlıq etməkdən, xüsusilə də belə gözəl tədbirin keçirilməsində səxavətli və operativ dəstəyinə görə Azərbaycan hökuməti ilə əməkdaşlıqdan çox məmnunuq”, - BMT nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, COP29 çərçivəsində yaradılmış qlobal BMT işçi qrupunun dəstəyi ilə 25 BMT agentliyi bir yerə toplanıb və təşəbbüslərin bir çoxu artıq icra mərhələsindədir.
11:22
301
11:18
315
11:10
343