11:23
231
Ukrayna üçün sülh tənzimlənməsinin növbəti şərtləri Kiyevə hazırda təklif edilənlərdən daha pis olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel bəyan edib.
"Sülh sazişinin alternativi hər kəsə tanışdır: Elektrik kəsintiləri ilə keçəcək daha bir qış, növbəti səfərbərlik dalğası, "daha bir az da dözək" dediyimiz növbəti mərhələ... Və sonra daha dəhşətli bir sənəd", — deyə o, "X" sosial şəbəkəsində yazıb.
O vurğulayıb ki, Ukraynanın döyüş meydanından başqa bir şeyə çevrilməsi üçün hələ də imkanı var.
Məryəm Quliyeva