Livan Səhiyyə Nazirliyi: Hərbi gərginlik dövründə 12 mindən çox insan yaralanıb Gündəm

Livan Səhiyyə Nazirliyi: Hərbi gərginlik dövründə 12 mindən çox insan yaralanıb

Ölkənin cənubundakı Nəbatiyyə əyalətinə İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində son sutka ərzində ən azı dörd livanlı həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Martın 2-də hərbi gərginliyin başlanmasından bəri həlak olan mülki şəxslərin ümumi sayısı 4 362-yə, yaralananların sayı isə 12 378-ə çatıb", — deyə nazirliyin "X" sosial şəbəkəsində dərc olunan hesabatında bildirilir.

Səhiyyə Nazirliyinin qeyd etdiyi kimi, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə gecə saatlarında Kfar-Rumman şəhərindəki yaşayış binasına zərbə endirib. Dağıntıların təmizlənməsi zamanı uçan binanın qalıqları altından bir neçə ölü və yaralı çıxarılıb. "Xilasetmə işləri davam edir, qurbanların və xəsarət alanların sayı artan xətt üzrə dəyişə bilər", — deyə nazirlikdən bildirilib.

Məryəm Quliyeva