Nepalda daşqın qurbanlarının sayı 1300-ü keçib Dünya

Nepalda daşqın qurbanlarının sayı 1300-ü keçib

Avqust ayında Nepalda baş verən şiddətli daşqınlar nəticəsində həlak olanların sayı 1 355 nəfərə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə bazar ertəsi "EFE" agentliyi ölkə hakimiyyətinə istinadən məlumat yayıb.

Daha əvvəl təbii fəlakət nəticəsində 1 287 nəfərin öldüyü bildirilirdi.

Təxminən 5 min nəfər hələ də itkin düşmüş hesab olunur. Onların arasında yüzlərlə əcnəbi var. Axtarış-xilasetmə əməliyyatlarına hərbi qulluqçular da daxil olmaqla 21 mindən çox insan cəlb edilib.

Bazar ertəsi Nepalda milli matəm günü elan olunub, dövlət qurumlarının binalarında bayraqlar endirilib.

Məryəm Quliyeva