Tərtərdə 54 yaşlı kişi güllələnib Hadisə

Tərtərdə 54 yaşlı kişi güllələnib

Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.