Almaniyadan Türkiyəyə deportasiya olunanların sayı minləri keçib Dünya

Almaniyadan Türkiyəyə deportasiya olunanların sayı minləri keçib

Hökumətin məlumatlarına əsasən, bu ilin ilk doqquz ayında Almaniyadan deportasiya edilənlərin sayı təxminən 18,9% azalıb, lakin ümumi tendensiyaya zidd olaraq Türkiyəyə deportasiyaların sayı artmaqda davam edib.

Xalqcebhesi.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Solçular parlament fraksiyasının daxili siyasət üzrə mətbuat katibi Klara Büngerin yazılı sorğusuna cavab olaraq təqdim etdiyi məlumatlara görə, yanvar–sentyabr aylarında 14 324 xarici vətəndaş deportasiya olunub. Ötən ilin eyni dövründə bu rəqəm 17 651 nəfər təşkil edirdi.

Ən çox deportasiya Türkiyəyə həyata keçirilib - 2025 nəfər. Daha sonra Gürcüstan (883 nəfər) və Əlcəzair (629 nəfər) gəlir.

Rəqəmlər göstərir ki, Suriyaya deportasiya xüsusilə məhkum olunmuş cinayətkarlara aid edildikdə hələ də çətinliklərlə üzləşir, baxmayaraq ki, tək-tək hallarda bu mümkündür. İlin əvvəlindən bəri Suriyaya altı nəfər deportasiya edilib.

Deportasiyaların ümumi sayının azalmasına baxmayaraq, dövlətin dəstəyi ilə Almaniyanı könüllü tərk edənlərin sayı artıb.

Nazirliyin ilkin məlumatlarına görə, yanvar–sentyabr aylarında 14 140 nəfər Almaniyadan çıxış üçün dəstək alıb. Ötən ilin eyni dövründə bu göstərici 12 263 nəfər idi.

Məryəm Quliyeva