"Bu müharibə ABŞ-a heç nə qazandırmadı" Dünya

"Bu müharibə ABŞ-a heç nə qazandırmadı"

Hər iki tərəf - həm ABŞ, həm də İran müharibədən bezib. ABŞ İranda istədiyinə nail ola bilmədiyindən müharibəyə ara verib, İran da bundan istifade edərək, müdagiəsinə ğüc toplayır.

Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.

O, deyib ki, demokratların qələbəsindən sonra İranla müharibəyə son qoyula bilər: "Tramp İranla müharibəyə başlamaqla ölkə iqtisadiyyatına zərər vurub. Bu müharibə ABŞ-a heç nə qazandırmadı".

Xatırladaq ki, ABŞ Senatında Demokratlar Partiyasının fraksiya rəhbəri Çak Şumer aralıq seçkilərdə partiyadaşlarının qələbəsindən sonra İranla münaqişənin başa çatdırılmasına nail olacaqlarını vəd edib.

“Bu müharibə başa çatmalıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, bəzi respublikaçılar da hərbi əməliyyatların dayandırılması niyyəti ilə demokratlara qoşulurlar.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkilərdə Konqresin Nümayəndələr Palatasının 435 üzvü və Senatın 35 üzvü seçilib.

Bu seçkilər nəticəsində demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçiriblər.

Cavid